Milli Qəhrəman Aleksandr Kalyaninovun anası oğlu ilə bağlı paylaşım edib
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində həlak olan Milli Qəhrəman Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova oğlu ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə feysbukda paylaşım edib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Bakı sakinlərinə su ilə bağlı XƏBƏRDARLIQ - Fevralın 20-dək
Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib. İri Ş...