Milli Məclisdən "Meydan TV" və "Sancaq" bağlansın tələbi

Milli Məclisdən Meydan TV və Sancaq bağlansın tələbi
Sosial 2573

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkilli Məlahət İbrahimqızı internet üzərindən yayımlanan bir sıra televiziyaların fəaliyyəti ilə bağlı sərt çıxış edib.

BAKU.WS publika.az-a istinadən bildirir ki, deputat bildirib ki, "Meydan TV", "Sancaq" sosial səhifəsində dövlət rəhbərinə qarşı cəfəng yazılar yazılır:

"Adam bu cür yazılanları utandığından oxumaq belə istəmir. Bizi kimsə mətbuatda tənqid etsə, az qalırıq məhkəmələrə müraciət edək. Mən o yazıların hamısını "screen shot" etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələlərlə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm. Dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər".

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ilk dəfə "Sex shop" (FOTO+18)

Azərbaycanda ilk dəfə "Sex shop" (FOTO+18)

Azərbaycanda artıq "Sex shop" fəaliyyətə başlayıb. Belə ki, internet üzərindən alıcılarına məhsullar təqdim edən sayt seks aksesuarlarını da qadınlar və kişil...

126941 Şou-biznes 16:10 28 sentyabr 2016

Son xəbərlər