Azərbaycanda yenidən internet problemi oldu
Bu dəqiqələrdə ölkədə yenidən internet problemi yaşanıb.
BAKU.WS-in məlumatına görə, ölkə ərazisinin əksər yerlərində internet şəbəkəsi yenidən çöküb. Problemin nədən qaynaqlandığı hələlik bilinmir.
"DeltaTelekom” şirkətinin ötürücülərində yaranan problem ölkənin 90%-ni internetsiz qoyub.
Xatırladaq ki, Azərbaycanda dünən də qlobal internet problem yaşanıb. Ölkəni dünya internet şəbəkəsinə qoşan "DeltaTelekom” şirkətinin ötürücülərində problem yaranıb. İnternet paylayan yeganə şirkətin fəaliyyətində yaranan nöqsan Azərbaycanın dünyaya çıxışını demək olar ki, tam dayandırıb.
Bu məhdudiyyət saat 16:10-dan etibarən yaşanır. Mobil operatorlardan belə İnternetə girmək də çətinləşib.
Həmçinin bildirilir ki, problem "DeltaTelekom” şirkətinin provayderlərində yanğın səbəbindən yaşanır.
Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, problem bütün ölkəni əhatə edir və bununla bağlı araşdırmalara başlanılıb. Nazirlikdən bildirilir ki, İnternetin kəsilməsi kiberhücumlarla əlaqəli deyil.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda internetin çökməsi ilə bağlı rəsmi məlumat
Dünən saat 16.00 radələrində Azərbaycan Respublikasının qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator – "Delta-Telekom” MMM Data Mərkəzinin əsa...