"Apple" Wi-fi xidmətinə görə məhkəməyə verildi

Apple Wi-fi xidmətinə görə məhkəməyə verildi
Sosial 952

 

"Apple" şirkəti təqdim etdiyi İOS əməliyyat sisteminə görə məhkəməyə verilib.

BAKU.WS-in məlumatına görə, ötən ay istifadəyə verilən İOS 9 sistemində olan bir yenilik şirkətin başını hələ uzun müddət ağrıdacaq. Tənzimləmələr bölməsində olan "Wi-fi Yardımı" (Wi-fi Assist) funksiyası istifadəçilərin xeyli miqdarda telefon danışığı haqqı ödəməsinə səbəb olub.

"Wi-fi Yardım" xidməti Wi-fi-da internet zəiflədikdə avtomatik olaraq 3G xidmətinin  işə salınmasına səbəb olur. Nəticədə istifadəçiyə daha sürətli bir internet təmin edilir. Ancaq internet kvotası az olan istifadəçilər fərq etmədən bu limiti ötürlər. Üstəlik cihaz, sizə bununla bağlı xəbərdarlıq etmir. Telefonunuzda bu xidməti bağlamasanız eyni aqibət sizin də başınıza gələ bilər.

Amerikalı bir cüt "Apple" şirkətini məhz bu xidmətə görə məhkəməyə verib. Məhkəmə cütün haqlı olduğunu bildirib və "Apple" şirkətinin təzminat olaraq 5 milyon dollar ödənməsini tələb edib. "Apple" bu mövzuda haqsız olmasının əsas səbəbi isə "Wi-fi Yardımı" xüsusiyyəti ilə bağlı xəbərdarlıq etməməsidir. Əgər yeni xidmət üçün seçim imkanı yaradılsaydı bu cür hadisə olmayacaqdı.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Yeni "iPhone"larda gözlənilməz qüsur (VİDEO)

Yeni "iPhone"larda gözlənilməz qüsur (VİDEO)

"Apple" şirkətinin yeni satışa çıxardığı "iPhone 6S" və "iPhone 6S Plus"larında yeni bir problem ortaya çıxıb. BAKU.WS-in məlumatına görə, artıq 12 ölkədə satı...

772 Şou-biznes 10:36 06 oktyabr 2015

Son xəbərlər