Yeni "iPhone"larda gözlənilməz qüsur (VİDEO)
"Apple" şirkətinin yeni satışa çıxardığı "iPhone 6S" və "iPhone 6S Plus"larında yeni bir problem ortaya çıxıb.
BAKU.WS-in məlumatına görə, artıq 12 ölkədə satışa çıxarılan yeni "iPhone" modelləri barədə ilk şikayətlər sosial şəbəkələrdə yer almağa başlayıb.
Sosial şəbəkədə insanlar yazır ki, ios sistemdə meydana gələn bir problem telefonların bağlanmasına səbəb olur. İstifadəçilərin şərhlərinə görə, cihazların enerjisi olmasına baxmayaraq qəflətən sönür.
Telefonu açmaq üçün "hard reset" əməliyyatını reallaşdırmaq lazımdır. Sözügedən problemin səbəbi hələlik bilinmir.
Qeyd edək ki, "iOS 9.0.1" və "iOS 9.0.2" yenilənməsi "iOS" əməliyyatlar sisteminə gəlməsilə birlikdə bəzi təhlükəsizlik problemləri həll edilmişdi. Ancaq əməliyyat sistemində bəzi kiçik səhvlərin qaldığı ehtimal olunur. "Apple" şirkəti məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
"iPhone 6S" və "iPhone 6S Plus" alanlara pis xəbər (FOTO)
"Apple" şirkətinin yeni məhsulu "iPhone 6S" və "iPhone 6S Plus" haqqında maraqlı iddia ortaya atılıb. BAKU.WS-in verdiyi məlumata görə, milyonlarla adamın əld...