Azərbaycanda İnternet niyə kəsildi? (VİDEO)
Ötən gün Azərbaycanda internetin fasiləsiz təminatında problem baş verib. BAKU.WS-in məlumatına görə, problemlə bağlı İT mütəxəssisi və "Delta Telekom”da təcrübə keçmiş Cahid İsmayılov ANS TV-də aydınlıq gətirib. - "Delta Telekom”da təcrübə keçmiş birisi kimi yaxşı bilirsiniz ki, bu çox ağıllı bir sistemdir. Təsadüfən ölkənin bu cür internetsiz qalması nə dərəcədə mümkündür? - Hazırda ölkənin baş provayderi "Delta Telekom”dur və uzun bir müddətdir ki, fəaliyyət göstərir. Bu müddət ərzində belə bir fakt qeydə alınmamışdı. Xatırladım ki, həm ölkəmizdə enerjinin verilməsində məhdudiyyətin yarandığı bir zamanda, həm də təbii fəlakət vaxtı internet kəsilməmişdi. Artıq xeyli vaxtdır ki, Azərbaycanda internet yoxdur. Biz bu halla ilk dəfədir ki, qarşılaşırıq. Buna görə də məhz bunu təxribatın olması ehtimalı üzərində daha çox dayanırıq. - İnsanın müdaxiləsi dedikdə təsadüfən, yəni kiminsə bilmədən hansısa, bir avadanlığa toxunması və yaxud də qəsdən bilə-bilə ola bilər? - Orada sadə bir sistem quraşdırılmayıb, mürrəkəb bir sistemdir. Səbəb internet kəsildiyi zaman alternativ xidmətlərdən istifadə olunsun. Elektrik erejisinin verilişi dayandığı zaman serverlər generatorlar vasitəsilə elektirk enerjisilə təmin olunur. Nəticədə isə internetin təminatında məhdudiyyət yaranmır. Texniki təchizata nəzər yetirsək internetin uzun bir müddətə kəsilməsini məhz texniki məsələlərlə bağlamaq inandırıcı deyil. Kiçik bir araşdırma sonucunda aydın olur ki, bu daha çox təxribata bənzəyir. Müsahibənin davamı aşağıdakı video materialda BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda internetin verilişi bərpa olundu
Ötən gün saat 16:10-da Azərbaycan ərazisinə internetin verilişində problem yaranıb. BAKU.WS-in məlumatına görə, problemin yaranmasına "Delta Telekom”da baş ver...