Azərbaycanın 4 rayonunda internet kəsildi

Azərbaycanın 4 rayonunda internet kəsildi
İqtisadiyyat 1475

Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarının internetlə təchizatında problemlər yaranıb.

BAKU.WS xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri internetdən istifadə edə bilmirlər.

Qeyd edək ki, bu rayonları internetlə "Delta Telekom” şirkəti təmin edir.

Sakinlərə bildirilib ki, problem paytaxtdan internetin ötürülməməsi bağlıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov "APA-Economics”ə bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu rayonlara internetin bərpası istiqamətində iş gedir. "Eyni zamanda, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. 1-1,5 saata problem həllini tapacaq, bu rayonlara internetin verilməsi bərpa olunacaq”, - deyə M.Əmirov vurğulayıb.  

BAKU.WS

Oxşar xəbərlər

Mobil danışıq kartları niyə yoxa çıxıb?

Mobil danışıq kartları niyə yoxa çıxıb?

Bakıdan Ağcabədiyə qonaq gedən Ülviyyə Kərimova bir həftə Hindarxında qohumlarının evində dincəlməli olub. Ülviyyə xanım bir həftə ərzində telefonu üçün danışıq...

3374 Sosial 10:11 15 avqust 2015

Son xəbərlər