Mərkəzi Bankdan internetin çökməsi ilə bağlı açıqlama

Mərkəzi Bankdan internetin çökməsi ilə bağlı açıqlama
İqtisadiyyat 1006

 

İnternet şəbəkəsində problemin yaranmasına baxmayaraq ölkədə fəaliyyət göstərən banklar arasında hesablaşmaların fasiləsizliyi və davamlılığı təmin edilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində 16 noyabr 2015-ci il tarixində ölkənin internet şəbəkəsində baş verən problemin banklararası hesablaşmalara təsir etməsi ilə bağlı informasiya yayılıb.

Mərkəzi Bank bildiririk ki, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulmuşdur. Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilmiş, yəni, Mərkəzi Bank tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib.

Bunun nəticəsidir ki, internet şəbəkəsində problemin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirmiş, banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda internetin çökməsi ilə bağlı rəsmi məlumat

Azərbaycanda internetin çökməsi ilə bağlı rəsmi məlumat

Dünən saat 16.00 radələrində Azərbaycan Respublikasının qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator – "Delta-Telekom” MMM Data Mərkəzinin əsa...

1298 Hadisə 14:20 17 noyabr 2015

Son xəbərlər