Millət vəkili: “Yol olsa, parlamentə velosipedlə gələcəm”
Yeniliklərdən dərhal xəbərdar olun
“Son zamanlar tariflərin, cərimələrin artırılması dəbə minib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.
O deyib ki, pandemiya fonunda yeni cərimələr, tariflər narazılıq yaradır: “Sürücü üçün parklanma yeri yoxdursa, hansı haqla onu cərimə edə bilərik? Velosiped yollarından danışılır, ancaq yollarda saatlarla tıxacda qalırıq. Velosiped yolu ancaq bulvardadır. Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm”.
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Milli Məclisin dekabrın 14-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxildi...