MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb
Bu günə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli mənzil" sistemi vasitəsilə mənzil əldə edən vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim kimi çalışanlar, eləcə də daxili işlər orqanlarında ən azı 3 il xidmət keçmiş xüsusi rütbəli şəxslər üstünlük təşkil edir.
BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində MİDA-nın İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.
Onun sözlərinə görə, güzəştli mənzillərin əldə olunması yalnız "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə, gücləndirilmiş elektron imza ilə və real vaxt rejimində həyata keçirilir.
"Bu günə olan məlumata əsasən, sistemdə elektron kabinetə sahib olan şəxslərin sayı 39 748 nəfərdir. Mənzillərin əldə edilməsində əsas ödəniş üsulu kimi güzəştli ipoteka krediti mexanizmindən istifadə olunub", - deyə sədr müavini qeyd edib.
Müsahibəni tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - RƏSMİ AÇIQLAMA
Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub....