Meyxanaçı Ağakərim dəfn edilib
Meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağada dəfn edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, əvvəlcə mərhumun Maştağada yerləşən evində vida mərasimi baş tutub.
Mərasimdə meyxanaçının sənət dostları, yaxınları iştirak edib.
Mərhumun nəşi Maştağa kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Kərim Novruzov ötən gün vəfat edib.
Qalereya
**11:55
Meyxanaçı Ağakərimin (Kərim Novruzov) dəfn mərasimi keçirilir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, dostları, ailəsi, sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Onun nəşi Maştağa qəsəbəsində yerləşən Seyidlər qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb və o, 61 yaşında uzun sürən xəstəlikdən vəfat edib.
Oxşar xəbərlər
Gənc həkim: Harada bilgi varsa, ona tərəf can atmalıyıq
Məktəbli vaxtlarımdan intellektual sfera ilə maraqlanıram. Boş vaxt tapdıqca bu cür yarışlarda iştirak etməyə çalışıram. Müxtəlif sosial şəbəkələrdə bu yarışman...