Meyvə-tərəvəz və çərəz bazarında qiymətlər ARTIB - Fındıq 30 manat, püstə 60…
Bayram ərəfəsində meyvə-tərəvəz və çərəz bazarında qiymətlərin yüksəlməsi müşahidə olunur.
Bu artımın səbəblərini Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri və iqtisatçı ekspert Vüqar Oruc BAKU.WS-ə açıqlayıb.
Vüqar Oruc bildirib ki, hal-hazırda qiymət artımının əsas səbəbi bayram süfrələrinə tələbatın kəskin yüksəlməsidir. Eyni zamanda Gürcüstanda baş verən Rusiya ilə münaqişə və müharibə, İran məhsullarının ölkəyə gətirilməsindəki çətinliklər də bazara təsir göstərir.
Ekspert əlavə edib ki, quru yüklərin daşınması və gömrük prosedurlarındakı problemlər qiymətlərin artmasına səbəb olub. Hazırda meyvə-tərəvəz bazarında qiymətlər 15-20 faiz, çərəz bazarında isə 25 faizədək yüksəlib. Belə ki, püstə 50-60 manat, fındıq 25-30 manat arasında dəyişir ki, bu da əvvəlki dövrlə müqayisədə ciddi artımdır.
Vüqar Oruc qeyd edib ki, qiymət artımı bayrama qədər davam edəcək, bayramdan sonra isə bazarda müəyyən sabitləşmə gözlənilir. Bunun əsas səbəbi bayramla bağlı tələbatın yüksəlməsi və idxal payının artırılmasıdır. Çünki çərəz və quru meyvələrin böyük hissəsi xaricdən gətirilir, yerli bazar isə tam təmin edə bilmir. Eyni zamanda məhsul və logistika xərclərinin artması satış qiymətlərinə birbaşa təsir göstərir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Müəllimə gül almaq neçəyə başa gəlir? - Paytaxt mağazalarında son qiymətlər
"Bilik günü"ndə valideynlərin üz tutduqları əsas yerlərdən biri də gül dükanlarıdır. Hər il olduğu kimi, bu il də şagirdlər "Bilik günü"nə gül buketləri ilə ged...