Meyitdən dializ xəstəsinə böyrək köçürüldü
19
noy
2025
11:00
Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova köçürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, transplantasiya əməliyyatı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin transplantoloq-cərrahı Tariyel Nadirovun rəhbərlik etdiyi komanda tərəfindən icra olunub.
Əməliyyatdan bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (AR)
Səhiyyə Nazirliyi Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Oxşar xəbərlər
DİQQƏT! - Bu yol təmirə BAĞLANIR
Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsində İlqar Musayev küçəsinin Etibar Bəkirli küçəsi ilə kəsişməsindən Surxay Noçuyev küçəsi ilə kəsişməsinə qədər olan...