Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK YENİLİK
"Dövlət proqramına uyğun olaraq, 2030-cu ilədək olan dövrdə 300-dək yeni vaqon alınmalıdır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni qatarların alınması məqsədilə dünya istehsalçılarının monitorinqləri davam etdirilir:
"Eyni zamanda görüşlər, müzakirələr keçirilməklə, Bakı metropoliteninin əsas texniki şərtləri əsasında danışıqlar aparılır. Qeyd edə bilərik ki, cari ildə Bakı metropoliteninə 20, 2026-cı ildə 10 vaqon gətirilməli idi. Lakin istehsalçı ilə danışıqlara əsasən, 30 vaqondan ibarət 6 qatar tərkibinin Bakıya gətirilməsi 2025-ci il ərzində həyata keçiriləcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə başçəkmə həyata keçir...