Metroda "Torpaq əgər uğrunda ölən varsa, vətəndir!" yazısı çıxarıldı, reklam yerləşdirildi
03
apr
2018
16:09
“28 May” metrostansiyasının platformasındakı "Torpaq əgər uğrunda ölən varsa, vətəndir!" lövhəsinin yerində "Manikür və dırnaq dizaynı məktəbi"nin elanı yerləşdirilib. Bu yerdəyişmə sosial şəbəkələrdə paylaşılıb və marağa səbəb olub.Məsələ ilə bağlı olaraq BAKU.WS “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxlayıb.N.Paşayev bildirib ki, reklam yeri boş olduğu üçün ora milli mənəvi dəyərləri əks etdirən lövhə vurulub.“Qanunvericiliyin tələbinə əsasən reklam yerlərinin müəyyən hissəsi sosial reklamlar üçün nəzərdə tutulmalıdır. Və bildiyiniz kimi, bütün metronun stansiyalarında sosial reklam yerləri var. Ola bilsin ki, kimlərsə buna əməl etməsinlər. Amma Bakı Metropoliteni bu qanuna ilk gündən riayət edir. Metrostansiyanın həmin yeri əvvəldən reklam üçün nəzərdə tutulmuşdu. Hansısa şirkətin sifariş verdiyi bannerlərin müddəti bitdikdən sonra yeri boş olmasın deyə ora sosial reklamlar, maraqlı lövhələr hazırlayıb asırıq. Bir müddətdən sonra isə hansısa şirkət o yeri alırsa, biz təzədən o yeri yeni reklam lövhəsi üçün hazırlayırıq. Bu normal haldır”, - deyə qurum rəsmisi əlavə edib.Hicranə İsmayılovaBAKU.WS
Oxşar xəbərlər
“Sahil” metrostansiyasının açılacağı dəqiq tarix məlum oldu
Metronun ən çox istifadə edilən stansiyalarından biri olan “Sahil” uzun müddətdir ki, təmirə bağlanıb. Sözügedən stansiyanın nə vaxt açılacağı isə sərnişinləri...