Metroda gedişhaqqı qalxır?
Çörəyin və bəzi kommunal xidmət tarifinin artırılmasından sonra nəqliyyatda gediş haqqının qaldırılacağı deyilir. Əhali arasında sentyabr ayından etibarən metroda gediş haqqının 50 qəpik olacağı barədə məlumatlar dolaşır.
Məsələ ilə bağlı hafta.az-a məlumat verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metroda gediş haqqının artırılacağı ilə bağlı deyilənlərin doğru olmadığını bildirib: "İstər bəzi mətbuat orqanlarında, istərsə də əhali insanlar metroda gediş haqqının artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunlar dezinformasiyadır. Çünki Bakı Metropoliteni gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib”.
BAKU.WS
Oxşar xəbərlər
Bakı Metropoliteni metroda baş verən hadisə barədə açıqlama verdi
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Qara Qarayev" metro stansiyasında qatarın şüşəsinin sınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. BAKU...