Bakı Metropoliteni metroda baş verən hadisə barədə açıqlama verdi
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Qara Qarayev" metro stansiyasında qatarın şüşəsinin sınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:
"Əslində hadisə belə olub. Metronun "Xalqlar Dostluğu" stansiyasında qatarda bir nəfər nəfəsliyi açmaq istəyib. Bu zaman o nəfəsliyi möhkəm dartıb və nəfəsliyin şüşəsini qırıb. Sərnişin dərhal özü maşinistə yaxınlaşıb və etiraf edib ki, nəfəsliyi açmaq istərkən şüşəni qırıb. Qatarın şüşəsinin qırılması, kiminsə başına düşməsi barədə yayılan məlumatlar tam əsassızdır".
BAKU.WS
Oxşar xəbərlər
20 Yanvar stansiyasını çıxışı bağlanacaq
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "20 yanvar" stansiyasındakı eskalatorlar dəyişdiriləcək. Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətinin rəhbə...