Metroda bunu edənlər 200 AZN CƏRİMƏLƏNƏCƏK
"Metroda əşyası təsadüfən stansiya yoluna düşənlər, bunu özləri götürməməli, dərhal stansiya işçisinə məlumat veməlidir".
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.
Qurumdan həmçinin qeyd edilib ki, 2024-cü ildə 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb:
"Qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb: 2 nəfər həyatını itirib, 1 nəfər ağır xəsarət alıb".
Bundan əlavə Bakı Metropolitenində 19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib:
"Ümumilikdə 374 nəfərə İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 AZN, özbaşına dəmir yoluna düşməyə görə isə 50 AZN cərimə tətbiq olunur".
Oxşar xəbərlər
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu
27 yaşlı İlkin İsgəndərli 2024-cü ildə tələbə yoldaşının toyuna qatılmaq üçün Ağdaş rayonuna gedib. Lakin o, toy mərasimindən sonra evinə qayıtmayıb. BAKU.WS Ba...