Metro istifadəçilərinə şad xəbər

Metro istifadəçilərinə şad xəbər
Sosial 696
Bakıya gətirilən yeni qatarların hazırda depoda sazlama işləri aparılır. Gələn ayın ortalarınadək Bakı metrosunda ümumilikdə 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.O bildirib ki, yeni qatarlar artıq Bakıya gətirilib. Hazırda qatarların depoda sazlama işləri həyata keçirilir. Bundan sonra isə qatarlar sınaqdan keçiriləcək və tezliklə xəttə buraxılacaq.B.Məmmədov qeyd edib ki, daha 2 yeni qatar isə avqustun sonlarında Bakıya gətiriləcək və bununla da, cari il üçün nəzərdə tutulan yeni qatarların gətirilməsi yekunlaşacaq.

Oxşar xəbərlər

Metroda kondisioner problemi - VİDEO

Metroda kondisioner problemi - VİDEO

Yay aylarında metrodan istifadə edən sərnişinləri narahat edən məsələ qatarların bir çoxunda kondisioner sisteminin olmamasıdır.Sərnişinlər deyir ki yeni və az...

4601 Video 08:02 03 iyun 2019

Son xəbərlər