Bakı metrosundan istifadə edənlərə şad xəbər
14
may
2018
10:17
“Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş” arasında imzalanmış müqavilə çərçivəsində Bakıya növbəti yeni qatar gətirilib.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə məlumat verib. Verilən məlumata görə, ötən həftə qatarlardan digəri artıq ölkəyə gətirilib."Hazırda qatar depodadır, onun hazırlanma işləri gedir. Daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq”, - deyə N. Paşayev vurğulayıb.Qeyd edək ki, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Yeni gətirilən qatarlar müasir tiplidir. Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq. Vaqonların istismar müddəti 31 ildir.BAKU.WS
Oxşar xəbərlər
Yeni qatar xəttə buraxıldı (VİDEO)
Bu gün aprelin 23-ü Dərnəgül stansiyasında Bakı Metropoliteninin yeni qatarları təqdim olunub.BAKU.WS xəbər verir ki, QSC-nin mətbuat xidməti və ictimaiyyətlə ə...