Bakı metrosunun sərnişinlərinə müjdə: "Qatarda telefonunuzu "zaryadka"ya qoya biləcəksiz (FOTO)

Bakı metrosunun sərnişinlərinə müjdə: Qatarda  telefonunuzu zaryadkaya qoya biləcəksiz (FOTO)
Sosial 1283
Bakı metrosuna gətiriləcək yeni qatarlarda mobil telefonları enerji ilə doldurmaq mümkün olacaq.

BAKU.WS xəbər verir ki, bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hər bir vaqonda mobil telefon və planşetləri enerji ilə doldurmaq üçün xüsusi yerlər olacaq: "Təsəvvür eləyirsiniz, hər vaqonda, qatarda yox ha, hər bir vaqonda 16 ədəd USB portu var. Orada telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz. Bundan sonra vaqona minən kimi "qaqaş, bu telefonu tax da ora" söhbəti başlayacaq. Təbii ki, ən qısa müddətdə qırmasaq..."

Nəzərinizə çatdıraq ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Metrovaqonmaş" MMC şirkəti arasında "81-765/766" modelli beşvaqonlu qatarların Bakıya tədarükü ilə bağlı müqavilə imzalanıb.

Müqaviləyə görə, Rusiyadan Azərbaycana 2018-ci ildə iki qatarın gətirilməsi nəzərdə tutulur.

Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər

Bakıya yeni metro vaqonları gəlir

Bakıya yeni metro vaqonları gəlir

Rusiyanın "Metrovaqonmaş" şirkəti Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət ilk metro qatarını yola salıb.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumat...

1420 Sosial 17:57 21 mart 2018

Son xəbərlər