Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? – VİDEO
18
sen
2018
10:30
Ötən gündən başlayaraq Bakı metrosunda sərnişinlər çaşqınlıq yaşayırlar.Bu barədə sərnişinlər BAKU.WS-ə bildiriblər. Qeyd edilir ki, səhər saatlarından başlayaraq “Həzi Aslanov” xətti istiqamətindən qatarların hərəkətində hardasa 5 dəqiqəyə yaxın ləngimələr müşahidə olunur. Qeyd edək ki, sentyabrın 15-dən metropolitendə qatarların hərəkəti yenilənmiş qrafiklə tənzimlənib. Yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılıb və interval azaldılıb. Baxmayaraq ki, metropoliten sentyabrın 15-dən qış rejiminə keçir, hələ də səhərlər qatarların intervalı çox olur. Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, “Bakmil” stansiyasından xəttə qatar veriləndə, avtomatik olaraq “Ulduz”-“Həzi Aslanov” xəttindəki intervalda fərq olur. “Şəhər istiqamətinə bir qatar çıxır. 4 yaxud 4,5 dəqiqədən sonra başqa bir qatar gəlir. Çünki “Bakmil”dən xəttə yeni qatarlar verilir. Qatarların böyük qismi depodan buraxılır. Onlar qrafikə uyğun çıxırlar. Sərnişinlər bunu hesablamalıdırlar. Bu zaman ola bilər ki, eyni istiqamətə iki qatar dalbadal işləsin”, - deyə qurum rəsmisi bildirib. Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda sərnişin sıxlığı yaranıb - VİDEO
Bu gün Bakı metrosunda sərnişin sıxlığı yaşanıb.BAKU.WS xəbər verir ki, metorunun bir neçə stansiyasında basabas yaranıb. Əsasən “Koroğlu”, “Nərimanov”, “Gəncl...