Məşhurların övladları birinci sinifə getdi
Bu gün Azərbaycanda 2024-2025-ci il tədris ilinin ilk dərs günüdür.
BAKU.WS xəbər verir ki, adi vətəndaşlar kimi bir çox məşhur övladını bu gün birinci sinfə yola salıb. Onlar arasında tanınmış müğənni, aktyor və aparıcıların övladları var.
Aktyor Fərda Xudaverdiyevin oğlu Raul bu ilk dəfə məktəbə gedir. O bununla bağlı sosial şəbəkədə qeyd edib: "Övladım birinci sinfə başladı. Allah bütün balaları qorusun".
Müğənni Elvin Abdullayevin oğlu Səid birinci sinfə gedir. İfaçı oğlu ilə fotosunu paylaşaraq "Gözümün işığı, ilk dərs ilin uğurlu olsun. Səhərə qədər yatmayıb ki, ata, məktəb istəyirəm" sözlərini yazıb.
Bu il Əməkdar artist Rafael İsgəndərovun nəvəsi Zəhra da birinci sinifə gedir. Bu barədə onun bloger oğlu Fuad İsgəndərov məlumat verib. O bacısı qızının bu il birinci sinifə getdiyini vurğulayıb.
Övladını məktəbə yola salanlar arasında müğənni Xuraman Şuşalı da var. Sənətçi uşaqlarının görüntüsün paylaşaraq "Şükür məktəb açıldı. Uşaqlar heç olmasa telefondan qurtuldu" sözlərini yazıb.
Aparıcı Leyla Quliyeva da bilik günü münasibətilə övladlarının fotosunu paylaşıb. O oğlu Adnan və qızı İradənin məktəbə getdiyini vurğulayıb.
Aparıcı Aytən Səfərova da övladı oğlu Nizaminin fotosunu paylaşaraq onu bilik günü münassbətilə təbrik edib.
Aktyor Taleh Yüzbeyov da məktəbə gedən övladlarının fotosunu paylaşıb. Sevincini sosial şəbəkə izləyiciləri ilə bölüşən aktyor "Qismətimizdə bu da var imiş. Bu günü illərlə gözləmişik. Balaca Yüzbəyovlar məktəbdə! Məktəbə səbr və güc arzulayıram!" sözlərini söyləyib.
Oxşar xəbərlər
Bu beş bürc çox QƏDDARDI
Bəzi bürclərə aid olan insanlar daha yumşaq, empatik olarkən, digərləri daha sərt və ya hətta "qəddar" xasiyyətlə tanına bilər. BAKU.WS ən qəddar bürclər və on...