Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib.
BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağı "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qeyd edək ki, Mərkəzi Hospital bu günə qədər qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası köçürülməsini həyata keçirirdi.
Bundan başqa, Respublika Diaqnostika Mərkəzi ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi ilə yanaşı kök hüceyrələri köçürülməsini də icra edə biləcək.
Oxşar xəbərlər
11 bölgədə modul tipli məktəblər quraşdırılacaq - 6,7 milyonluq LAYİHƏ
Azərbaycanda təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində daha bir layihənin həyata keçirilməsi nəzərdə tutulur. Respublika üzrə 11 ədəd modul tipli...