Mənzil bazarında qiymətlər niyə artıb?
Son zamanlar mənzil bazarında qiymətlərin artdığı müşahidə olunur.
Əmlakçıların sözlərinə görə, hazırda bazarda qiymətlər orta hesabla 10 faiz artıb.
"Keçən il Nərimanov rayonunda 210 min manata satılan mənzillərin qiyməti indi 250 min manatdır. Süni qiymət artımıdır, ölkədəki bahalaşma ilə əlaqəsi yoxdur", - deyə mövzu ilə bağlı açıqlamasında makler deyib.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qiymət artımı əsasən ipoteka şərtlərinə uyğun olan mənzillərdə müşahidə edilir. Onun sözlərinə görə, sahəsi böyük olan mənzillərdə son beş ay ərzində ciddi qiymət artımı qeydə alınmayıb.
Ekspert əlavə edib ki, şəhər daxilində aparılan abadlıq və söküntü işləri, xüsusilə köhnə və fərdi yaşayış evlərinin plana düşməsi bir çox vətəndaşların Bakıətrafı ərazilərə köçməsinə səbəb olub. Bu amil isə paytaxta yaxın qəsəbə və kəndlərdə mənzillərə tələbatı artıraraq qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Avqust ayında hansı meyvələri yemək faydalıdır?
Avqust ayı meyvə baxımından ən zəngin dövrlərdən biridir və bu ay süfrəyə daxil edilən mövsümi meyvələr həm vitamin, həm də antioksidantlarla zəngin olur. BAKU...