Məktəblərdə sıxlıq problemi ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

Məktəblərdə sıxlıq problemi ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Açıqlama
Sosial 111

"Yeni büdcənin real təsir göstərəcəyi əsas sahə məktəb infrastrukturudur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yüzlərlə məktəbi hələ də modul tipli, köhnə tikili, istilik və laboratoriya avadanlığı çatışmazlığı ilə fəaliyyət göstərir:

"Ən sıx regionlarda siniflərdə 40-45 şagirdin olması tədrisin keyfiyyətini sıradan çıxarır. Yeni ayrılan 85 milyon manatlıq əlavə resurs bu infrastruktur borcunun azaldılması üçün mühüm şans yaradır.

Əgər vəsait məktəblərin inventarizasiyası əsasında, şagird sıxlığı yüksək olan rayonlar və sosial həssas bölgələr üzrə prioritetləşdirilərsə, siniflərin yüngülləşməsi, təhlükəsizlik tələblərinin gücləndirilməsi, laboratoriya və texniki baza ilə təminat prosesi real nəticə verə bilər.

Elm və Təhsil Nazirliyinin son illərdə apardığı məktəb tikintisi və əsaslı təmir siyasəti artıq öz nəticələrini verməyə başlayıb və yeni büdcə bu siyasətin davamlılığını təmin edir".

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 15 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, ümumi büdcənin 8,3 faizini təşkil edir. Sözügedən rəqəm 2025-ci illə müqayisədə 85 milyon manat və ya 1,7 faiz çoxdur.

Orxan Hüseyn

Son xəbərlər