Məktəblərdə nə baş verir? - Valideynlər diqqətli olmalıdır
Son illərdə məktəblərdə bullinq halları artıb. Mütəxəssislər isə bunu müxtəlif səbəblərlə izah edirlər.
Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu, heç də təsadüfi deyil.
"Burada həm ailədaxili problemlər, həm də cəmiyyətin gərginliyi rol oynayır. Sosial mediada aqressiyanın "adi" kimi göstərilməsi də uşaqlara təsir edir. Nəticədə uşaqlar zorakılığı güc göstəricisi kimi qəbul edir və bunu təkrar edirlər", - deyə psixoloq bildirib.
Nigar Əhmədova onu da əlavə edib ki, psixoloji problemi olan uşaqlara vaxtında kömək göstərilməməsi gələcəkdə bir sıra problemlər yarada bilər:
"Bu uşaqlar kənara atılmamalı, əksinə, xüsusi proqramlarla cəmiyyətə uyğunlaşdırılmalıdır. Onların aqressiv və ya gələcəkdə cinayətkar olacağı barədə yayılan fikirlər isə elmi əsası olmayan stereotiplərdir. Əslində onları riskli edən şey diqqət və sevgi çatışmazlığıdır".
Ziya SƏCCAD
Oxşar xəbərlər
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar "Bilik günü" ke...