Məktəblərdə imtahanlar bu halda təxirə salına bilər - EKSPERT RƏYİ

Məktəblərdə imtahanlar bu halda təxirə salına bilər - EKSPERT RƏYİ
Sosial 450

“Bir məqam var ki, növbəti dəfə tətillərin uzadılması halı baş verərsə, onda imtahanların da təxirə salınması baş verə bilər”.

Bunu BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə imtahanların keçirilməsi ən ciddi məsələdir: “Dərslərin təxirə salınması aprel ayında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının təxirə salınması ilə nəticələnməyəcək. Bunun bir neçə səbəbi var.

Birincisi, aprel ayında keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarında şagirdlərin 1-ci sinifdən tutmuş 11-ci sinfə qədər formalaşmış səriştələri, bacarıqlarının yoxlanılması nəzərdə tutulub. Fənlər üzrə ən mühüm məqamlarla əlaqəli tapşırıqlar suallar sırasına daxil olur.

İndiki halda martın ayının 20-dək tətildirsə, 27-nə kimi qeyri-iş günləridir. Bu, həmin bacarıqların unudulması və yaddan çıxarılmasına səbəb olmayacaq. Lakin bir məqam var ki, növbəti dəfə tətillərin uzadılması halı baş verərsə, onda imtahanların da təxirə salınması baş verə bilər. Hazırda aprel və may aylarındakı imtahanların keçirilməsində heç bir problem görmürəm.

Məktəblərdə imtahanlar bu halda təxirə salına bilər - EKSPERT RƏYİ

İkincisi, kurikulumun tələbinə görə, şagirddə həyatı boyu formalaşdırılan ümumi bacarıqlar var. Dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri bacarıqlar mövcuddur. Həmin bacarıqlar 15 gün ərzində unudula bilməz. Onsuz da şagirdlərdə bu kompetensiyalar məktəblərdə formalaşdırılmır, bunlar hazırlıqlarda, repetitorlar yanında formalaşır. Bu dərslər isə heç də təxirə salınmayıb.

Düşünmürəm ki, aprel və may aylarında keçirilməsi nəzərdə tutulan qəbul və buraxılış imtahanları təxirə salınsın. Təbii ki, yenidən tətil və fövqəladə hal olmazsa. Burada bir məqam var o, da psixoloji amildir. O isə o qədər də ciddi faktor deyil. Şagirdlər zatən repetitorlar yanına getməyə davam edirlər. Məktəblərdə dərslər dayanıb ki, bu da uşaqlara dərslərini təkrarlamağa və öyrənməyə imkan verir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər