Məktəblərdə distant təhsil tətbiq olunacaq? - ŞƏRH

Məktəblərdə distant təhsil tətbiq olunacaq? - ŞƏRH
Sosial 1068

Təhsil eksperti Kamran Əsədov Nazirlər Kabinetinin distant təhsil tələbinin ləğvi ilə bağlı qərarını şərh edib.

BAKU.WS xəbər verir ki, K.Əsədovun sözlərinə görə, bu, distant təhsilin ləğv edilməsi demək deyil.

"Yəni belə bir məcburi tələb yoxdur. Amma, hansısa məktəbdə, sinifdə kütləvi yoluxma olarsa, əlbəttə ki, qısa müddətlik tətbiq edilə bilər. Və ya, ali və orta ixtisas təhsili müəssisələri bir neçə fənni onlayn-distant qaydada təşkil edə bilər. Düşünürəm ki, ali və orta ixtisas təhsili müəssisələri 29 sentyabrda bir sıra qeyri-ixtisas fənlərindən dərsləri online-distant tədris edəcəklər. Amma əsas ixtisas fənləri auditoriyalarda ənənəvi qaydada təşkil olunacaq.

Bundan başqa, bu Təhsil haqqında qanunda təhsil alma formalarından (əyani, qiyabi, distant) biri olan distant təhsilin ləğv edilməsi demək deyil", - deyə ekspert bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər