Mehriban Əliyeva leykozdan əziyyət çəkən 10 yaşlı Eldarın müalicəsini nəzarətə götürdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva leykozdan əziyyət çəkən 10 yaşlı Eldar Əhmədzadənin müalicəsini nəzarətə götürüb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hazırda İstanbul şəhərində müalicə alan Eldarın ilik köçürülməsinə ehtiyacı var.
Donoru isə doğma qardaşı olacaq. Əməliyyatdan əvvəl onun kimyaterapiya proseduru keçməsi zəruridir. Hazırda iki kurs kimyaterapiya alan Eldar Əhmədzadənin daha iki və ya üç belə tibbi prosedur keçməsi vacibdir.
Eldarın müalicəsini nəzarət altına götürən Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu əlavə kimyaterapiya kursları və ilik transplantasiyası üzrə əməliyyata dəstək məsələlərini öz üzərinə götürüb.
Qalereya
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehrib...