Məhkəmə-Hüquq Şurasında YENİ TƏYİNAT - FOTO
13
avq
2024
14:00
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinə yeni müavin təyin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu vəzifə Rəşad Həsənliyə həvalə edilib.
Qeyd edək ki, R.Həsənli 2013-cü ildən ədliyyə sahəsində fəaliyyət göstərib. Nazirliyin Qanunvericilik baş idarəsinin İqtisadi normativ aktlar idarəsində baş məsləhətçi, daha sonra həmin idarənin rəisi vəzifəsində işləyib. R.Həsənli bu təyinatadək Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi
Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu...