Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi

Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi
Sosial 472

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, idarənin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb. Qeyd edək ki, o, 2018-c ilə qədər Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb və həmin ildə Ədliyyə Nazirliyinə təyinat alıb. Uzun müddət Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edib.

Xatırladaq ki, bu ilin aprel ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə Toğrul Aydın oğlu Hüseynov rəis təyin edilib. Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI

Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI

Ötən gün İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məh...

1423 Sosial 11:11 26 iyul 2022

Son xəbərlər