Mehdiabadda qanunsuz tikili sökülür - FOTO

Mehdiabadda qanunsuz tikili sökülür - FOTO
Foto
Sosial 117

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fətəli Xan Xoyski küçəsində fərdi yaşayış evlərinin yaxınlığında aşkarlanmış qanunsuz tikili sökülür.

BAKU.WS Report-a istinadla xəbər verir ki, tikinti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuş vətəndaş şikayətlərinə əsasən şəhərsalma nəzarəti qaydasında aparılmış monitorinq nəticəsində məlum olub.

Belə ki, sözügedən ünvanda fərdi yaşayış evinin tikildiyi bildirilsə də, inşaat işlərinin aparıldığı torpaq sahəsi üzrə şəhərsalma qanunvericiliyinin tələbləri, xüsusilə sıxlıq və ara məsafəsi əmsalları kobud şəkildə pozulub.

Komitədən bildirilib ki, həmin obyektlə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun tikintiyə icazə proseduru həyata keçirilməlidir:

"Abşeron rayonu ərazisində tikintiyə icazə icraatını həyata keçirən dövlət orqanı - Abşeron Rayon İcra Hakimiyyətidir. Aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması və tikintiyə icazə icraatının təmin edilməsi xahişi ilə Komitə tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər