Masazır sakinlərini SEVİDNİRƏCƏK XƏBƏR
"Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasını Masazır kəndi (M.S.Ordubadi küçəsi) ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı marşrutda istismar edilən avtobuslar yenilənir.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, mayın 1-dən sərnişinlərin xidmətinə müasir, böyüktutumlu nəqliyyat vasitələri veriləcək. Ümumilikdə 10 avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 manat təşkil edir.
Oxşar xəbərlər
Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar?
Azərbaycanda mənzillərin kirayəyə verilməsindən əldə olunan gəlir hesabına onların dəyərinin ödənilməsi müddəti uzanıb. Hazırda mənzilin dəyərinin kirayə gəlirl...