Mart ayında neçə gün iş olmayacağı məlum oldu
Azərbaycanda mart ayında ümumilikdə 18 gün iş olmayacaq.
BAKU.WS xəbər verir ki, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23 və 24 mart qeyri-iş günü elan edilib. 22 və 23 martın şənbə və bazar günlərinə təsadüf etməsi səbəbilə, əlavə olaraq 25 və 26 mart da tətil günləri sırasına daxil edilib.
Nazirlər Kabinetinin qərarına əsasən, qeyri-iş günlərinin yeri dəyişdirilib. Belə ki, 27 və 28 mart tarixləri də istirahət günü elan edilib və əvəzinə 10 mart və 1 aprel iş günü olacaq.
Bundan əlavə, 31 mart Ramazan bayramı münasibətilə qeyri-iş günü elan olunacaq.
Mart ayının digər istirahət günləri isə 1-2, 8-9, 15-16 və 29-30 mart tarixlərinə təsadüf edir.
Beləliklə, ay ərzində cəmi 18 gün iş olmayacaq.
Oxşar xəbərlər
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
Avqustun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məl...