"London Taxi"ləri kimə lazımdır? – Dövlət puluna alınan maşınlar “su qiyməti”nə satılır
Maşınlar bahalaşdı, "London Taxi"ləri ucuzlaşdı - 35 minlik maşınlar 15 minə satılır
Bir vaxtlar az qala Bakının simvoluna çevrilən “London Taxi TX4” taksiləri indi əhəmiyyətsiz nəqliyyat növünə çevrilib. Hətta vəziyyət elə günə qalıb ki, “London taksi”lərilə işləmək istəyən sürücülər belə tapılmır. Bundan başqa, həmin maşınlara qoyulan sayğaclar (taxometr) da çıxarılır.Ekspertlər isə deyirlər ki, artıq “London taksi”lərinin dövranı bitib. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov BAKU.WS-ə açıqlamasında bildirib ki, buna əsas səbəb Bakıda taksi xidmətləri arasında rəqabətin yüksəlməsidir.“Taksi xidmətinin qiymətinin aşağı düşməsi bunun əyani göstəricisidir. Taksi şirkətlər arasında daşınma uğrunda amansız mübarizə gedir. Hətta bəzi məqamlarda avtobuslardan da ucuz xidmət göstərən taksi xidmətləri var”, - deyə Məzahir Rüstəmov bildirib.Eksper deyir ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə ölkəyə gətirilən “London taksi”lərinin qiyməti dəyərindən bir neçə dəfə baha göstərilmişdi:“Həmin dövrdə taksi xidmətində rəqabət yox idi. Bu istiqamətdə şirkətlər mövcud deyildi. Onların yaradılmasına qarşı süni maneələr vardı. Ona görə də, “London taksi”ləri baha qiymətə xidmət göstərirdi.
İndi isə vəziyyət dəyişib. Bu səbəbdən də, “London taksi”lərdə sayğacların qoyulmasına ehtiyac yoxdur”.M.Rüstəmov deyir ki, artıq xaricdən gələn tursitlərin də bu taksilərə marağı azalır:“Artıq taksi xidmətilə məşğul olan şirkətlər işlədiyi sürücülərin peşəkarlığını və dil bilgisini nəzərə alırlar. Bu sahədə də rəqabət yaranmağa başlayıb.Rəsmi qurumlar isə “London taksi”ləri ilə bağlı səslənən iradların əsassız olduğunu bildirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova BAKU.WS-ə açıqlamasında bildirib ki, hələ də “London taksi”lərə tələbat böyükdür.
Digər taksilərə nisbətən baha olmasına qalınca, deyirsizsə, qurum rəsmisi bu taksilərdə gediş haqqının xidmət səviyyəsinə uyğun olduğunu vurğulayıb.
“Hazırda “London taksi”lərinin xidmətləri daha yüksəkdir. Sürücüləri işə cəlb etdikdə iki dil bilmələri əsas götürülür. Onlar işə götürüləndə xüsusi seçimlər edilir. Təkcə sürücülük kateqoriyası deyil, insanlarla işləmək prinsipləri, peşəkarlığı yoxlanılır.Bəli, elə daşıyıcılar var ki, çox ucuz qiymətə aparır. Bəzən gürürük ki, gediş haqqı heç yolun xərcini ödəmir. Lakin həmin maşında göstərilən xidmət, sürücü davranış ödənilən qiymətə uyğun olur. Seçim təbii ki, vətəndaşların öhdəsinə düşür”.“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin tabeçiliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC şirkəti nəzarət edir. Bundan başqa, “Bakı Taksi” MMC şirkəti də “London taksi” ilə xidmət göstərir. Onların maşınları dövlət taksiləri deyil. Onlar özəl daşıyıcı şirkətdir.
Onlar maşınları fiziki şəxslərə sata bilərlər. Dediyiniz sayğacların çıxarılması, maşınların rənglərinin dəyişdirilməsi və digər məsələlər də həmin şirkətin yaxud da, həmin şirkət vasitəsilə özəlləşdirilən avtomobillərin sahiblərinin işləri ola bilər”.Cavid BabayevBAKU.WSOxşar xəbərlər
Bakıda "Porsche" yol ayırıcında "London Taxi" ilə toqquşdu (VİDEO)
Gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza Füzuli və Səməd Vurğun küçələrinin kəsişm...