Bakıda qara görə taksi xidmətləri qiymətləri qaldırdı: 4 dəfə
Bakıda havanın qarlı olması ictimai nəqliyyatı demək olar ki, iflic olub.
Fins.az xəbər verir ki, yollarda vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq taksi xidməti göstərən şirkətlər gediş haqqını artırıb.
Müraciət etdiyimiz şirkətlərə sinvolik olaraq Dövlət Statistika Komitəsinin yanından Xətai metrosuna gedəcəyimizi bildirdik. Şirkətlər həmin yolu bu qiymətə gedir:
189 taksi xidməti bu yolu 6.80 manata aparacaqlarını buldirdil. Lakin adi günlərdə bu yolu 4 manata gedirlər.
Ekonom taksi şərti məsafəni 4.80 manata gedəcəyini dedi. Adi vaxtda isə bunu 3.80 manata apardıqlarını bildirdilər.
"Taxi24” şirkətindən bildirdilər ki, əvvəl bu məsafəni 3.60 manata, indi isə 5.60 manata aparırlar.
"Felix taksi” göstərilən yolu əvvəl 3.70 manat, indi isə 5.70 manata apardıqlarını bildirdilər.
"OK taksi” isə qiymətləri 2 manat artırıb. Belə ki, göstərilən şərti yolu şirkət indi 5.30 manata aparır.
Göstərilən şərti marşrutu ən baha qiymətə gedən London taksisidir. Belə ki, həmin xidmət qeyd olunan yol üçün 9.43 manat ödəniş edilməli olduğunu bildirdi. Amma normal hava şəraitində bu yolu 7 manata apardıqlarını dedilər.
"Uber” isə qiymətləri 4 dəfə qaldırıb. Həm də maşınları hər dəqiqə tapmaq olmur.
Qeyd edək ki, zəng etdiyimiz bütün taksi xidmətləri ən yaxşı halda taksilərin 20-35 dəqiqə ərzində deyilən yerə gələ biləcəklərini bildirdilər. Həmçinin, bəzi taksi xidmətləri ilə isə ümumiyyətlə danışmaq mümkün olmadı. Onlar hava şəraiti ilə əlaqədar olaraq ümumiyyətlə işləmirlər.
BAKU.WS
Oxşar xəbərlər
Köhnə avtomobillərə taksi qadağası – YENİLİK
"VAZ 2106” və "VAZ 2107” markalı köhnə maşınlar taksi xidmətindən uzaqlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı "Taksi xidmətinin təkmilləşdirm...