250 "London taksi"si ilə bağlı qərar verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib.
BAKU.WS xəbər verir ki, qurumdan "APA-Economics"ə verilən məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən bir sıra vacib məsələlərlə yanaşı, nəqliyyatın təşkili də müzakirə olunub. Qeyd edilib ki, Oyunların Əməliyyat Komitəsinin istifadəsi üçün nazirlik tərəfindən 247 ədəd "London taksi”si ikinövbəli qrafiklə xidmət göstərilməsi üçün ayrılıb. Taksiləri idarə edən sürücülər isə təlimlərə cəlb edilib.
BAKU.WS
Oxşar xəbərlər
Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub
Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. BAKU.WS xəbər verir ki, "APA-Economics"in məlumatına görə, 2...