Nəqliyyat Nazirliyində yoxlamalar başladı

Nəqliyyat Nazirliyində yoxlamalar başladı
Sosial 2375
 

Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra qurumun fəaliyyəti yoxlanılır. Belə yoxlamalardan biri də keçmiş Nəqliyyat Nazirliyinə tabe Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Bakı Beynəlxalq Avtovağzalında da aparılıb.

BAKU.WS modern.az-a istinadən bildirir ki, bu günlərdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində olub.

Etibarlı mənbə bildirir ki, nazir xidmətin fəaliyyət istiqamətləri ilə bağlı detallı hesabat tələb edib. Hətta artıq xidmətin bütün qurumlarında öz adamlarını da yerləşdirib.

Əldə etdiyimiz məlumata görə dünən R.Quluzadə Bakı Beynəlxalq Avtovağzalında da olub. Yeni nazir avtovağzalın bütün ərazisini gəzib. Avtobuslar, sərnişindaşıma və xidmət sahələri ilə bağlı nöqsanları görən nazir çatışmazlıqları tənqid edib.

Bildirilir ki, R.Quluzadə cavabdeh şəxslər qarşısında şərt qoyub: ya sərnişindaşımada keyfiyyətli xidmət, səliqə-səhman yaradılmalıdır, ya da işinin öhtəsindən gələ bilməyənlər vəzifələri ilə vidalaşmalıdır.

Məlumata görə, bu tipli yoxlamalar keçmiş Nəqliyyat Nazirliyinə tabe diğər qurumlarda da aparılacaq.

BAKU.WS

Oxşar xəbərlər

Ziya Məmmədov daha 3 vəzifəsini itirdi

Ziya Məmmədov daha 3 vəzifəsini itirdi

Ziya Məmmədov daha üç vəzifədən uzaqlaşdırılıb. Bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat nazirliyi ləğv edilərək Rabitə və Yüksək Tex...

6984 Siyasət 11:23 21 fevral 2017

Son xəbərlər