Lənkəranda yol tikintisinə 900 min manat ayrıldı

Lənkəranda yol tikintisinə 900 min manat ayrıldı
Sosial 823
 

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 10 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 900 min manat ayrılsın.

Maliyyə Nazirliyinə və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmələri tapşırılıb.

BAKU.WS

Oxşar xəbərlər

Salyanda yol tikintisinə 3,8 milyon manat ayrıldı

Salyanda yol tikintisinə 3,8 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında...

841 Sosial 18:35 26 avqust 2016

Son xəbərlər