Leyla Əliyeva inklüziv təhsillə bağlı layihənin təqdimatında - FOTO
28
iyn
2019
22:14
İyunun 28-də “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.Qeyd edildi ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” Proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasında əsas tərəfdaşlar “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyidir.Layihə çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, habelə Bakı şəhərindəki ümumtəhsil məktəbləri və xüsusi məktəblər ilə əməkdaşlıq həyata keçiriləcək. Layihənin əsas məqsədi İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin inklüziv təhsil komponenti kimi sağlamlıq imkanları məhdud şəxslər üçün əlçatan edilməsi və əmək bazarının tələblərinə uyğun Peşə Təlimi Mərkəzinin yaradılmasıdır.Diqqətə çatdırıldı ki, bu layihəyə cəlb olunan müəllim və sənətkarlar sağlamlığı məhdud gəncləri digər gənclərlə birlikdə öyrətmək üçün zəruri bilik və bacarıqlarla təmin ediləcəklər. Onların inklüziv təhsil prinsipləri barədə məlumatlılığı yerli və beynəlxalq təlimlər vasitəsilə artırılacaq. Layihə inklüziv peşə təhsili modelinin təşviqinə və ölkədə sağlamlıq imkanları məhdud şəxslər üçün bərabər şəraitin təmin edilməsinə töhfə verəcək. Sağlamlıq imkanları məhdud gənclərin ənənəvi incəsənət sahəsində əmək bazarının tələblərinə uyğunluğu artırılacaq. Proqram başa çatandan sonra layihənin nəticələrindən müvafiq tövsiyələrin hazırlanmasında istifadə olunacaq.Bildirildi ki, layihənin əsas hədəf qrupları xüsusi məktəblərdə formal təhsil almış, inklüziv incəsənət və sənətkarlıq üzrə peşə təhsili proqramında iştirak etməkdə maraqlı olan sağlamlıq imkanları məhdud gənclər, təhsil prosesində iştirak edən təlimçilər, xüsusi təhsil verənlər, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin işçi heyəti və seçilmiş pilot məktəblərdir.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud gənclərlə söhbət etdi, onlarla şəkil çəkdirdi.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva internatda uşaqlarla birgə rəqs etdi - VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xüsusi internat məktəbində uşa...