Laçında dəfn mərasimlərinə icazə verilib

"Laçında dəfn mərasimlərinin həyata keçirilməsinə icazə verilib".
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.
Onun sözlərinə görə, hətta digər ərazilərdə məskunlaşmış laçınlılar da gəlib öz ölülərini burada dəfn edə bilirlər.
Nümayəndəliyin rəsmisi bildirib ki, yaxın zamanlarda Laçının bəzi qəsəbə və kəndləri yenidən qurulacaq.
Yaxın gələcəkdə Laçında 150 çarpayılıq xəstəxananın tikintisi planlaşdırılır. Güləbird ərazisindəki su anbarından isə Şərqi Zəngəzura və Qarabağa bağlı olan rayonların suvarılması üçün istifadə olunacaq.
Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi onu da qeyd edib ki, hazırda Laçında 3153 nəfər məskunlaşıb. Laçına səfər üçün isə 8000-ə yaxın insana portalda icazə verilib. Laçın şəhərində turistik səfərlər üçün müddət 7 gündür.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Qurban bayramı ərəfəsində heyvan bazarnda SON VƏZİYYƏT
Qurban bayramı ərəfəsində heyvan bazarında canlanma olsa da, satıcılar alıcı qıtlığından gileylənir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ət kəsimi ilə...
