Laçın rayonu sakini: “Xoşbəxtliyi sözlə ifadə etmək mümkün deyil”
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən Laçından çıxanda tələbə idim. Ulu öndər Heydər Əliyev bir dəfə məcburi köçkünlərlə görüşdə qeyd etmişdi ki, biz Laçına, Şuşaya yenidən qayıdacağıq. Nəhayət, o gün gəlib çatdı”.
BAKU.WS xəbər verir ki, bu sözləri Azərtac-a Laçın rayonu sakini Məhəmməd İsmayılov deyib.
O diqqətə çatdırıb ki, yurd həsrəti artıq sona çatıb:
“Mən Laçından çıxıb Bakıya gəlməyimi, ağrılı-acılı günləri dünən olmuş kimi xatırlayıram. Bütün bunlara baxmayaraq sevinirəm ki, öz doğma yurduma qayıdıram. Bu xoşbəxtliyi sözlə ifadə etmək mümkün deyil. Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə rəşadətli Ordumuz düşməni torpağımızdan qovdu. Mən inanıram ki, bizi gözəl günlər gözləyir”.
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...