Küləkli havada özlərini riskə atanlar danışdılar: "Bir balaca irəli getsən, dəniz aparar"
Aidiyyəti qurumların küləkli və dalğalı hava ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Bilgəh çimərliyində uşaqlar və böyüklər dənizə girməkdə davam edirlər.
Baku TV əməkdaşlarının ərazidə apardıqları müşahidələr zamanı uşaqlar da daxil olmaqla, xeyli adamın dalğalı dənizdə çimdiyi məlum olub.
Vətəndaşlar təhlükədən xəbərdar olduqlarını bildirsələr də, sahildən uzaqlaşmadıqları üçün ciddi risklə üzləşmədiklərini düşünürlər.
"Dərinə getmirik, dizə qədər suya giririk. Bilirik ki, belə havalarda çimmək təhlükəlidir. Çox dərinə getmək olmaz. Bir balaca irəli getsən, dəniz insanı aparar", - deyə çimərlikdə olan şəxslərdən biri bildirib.
Oxşar xəbərlər
Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məl...