Koronavirusa “əbədi” yoluxma halları aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Həkimlər koronavirusa “əbədi” yoluxma hallarını müəyyən ediblər - leykoz daşıyıcılarının bədənində virus izləri altı aydan çox müddətdə qeydə alınıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları virus izlərinin üç xəstənin orqanizmində altı aydan çox qaldığını müəyyənləşdiriblər. Onlardan biri gənc, digərləri isə məktəbəqədər yaşda olan oğlan və qızdır.
İmmunitet sistemi zəif olan insanların koronavirus infeksiyasına qarşı çox həssas olduqları qeyd edilir.
Daha əvvəl amerikalı alimlər II qan qrupundan olan insanlarda koronavirus infeksiyası riskinin daha yüksək olduğunu aşkarlayıblar.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...