Koronavirus dəhşəti davam edir - Dünya ölkələri sərt tədbirlər görür
Dünyada koronavirusa yoluxanların sayı artaraq 63 milyonu ötüb.
Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir.
Pandemiya dövründə təhlükəli infeksiyanın aşkarlandığı ölkələrdə COVID-19-dan ölənlərin sayı 1,465,309 nəfərə yüksəlib. Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə təhlükəli infeksiya daşıyıcılarının sayı 13,750,608 nəfərə çatıb. Eyni zamanda virusdan ölənlərin sayı da artaraq 273,077 nəfər təşkil edir.
Virusa ən çox yoluxma hallarının yer aldığı siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsi yoluxma hallarının sayına görə Braziliyanı qabaqlayıb. Hazırda COVID-19-a yoluxma hallarının sayı çoxalaraq 9,432,075-ə yüksəlib. Hindistanda təhlükəli virusdan ölənlərin də sayı durmadan artır. Bu ölkədə ümumilikdə 137,177 nəfər pandemiyanın qurbanı olub.
Braziliyada virusa yoluxma hallarının sayının 6,314,740-a çatması Cənubi Ameikanın bu ölkəsində infeksiya təhlükəsinin artdığını göstərir. Bu ölkədə infeksiyadan ölənlərin sayı artıq 172,848 nəfər təşkil edir. Koronavirus peyvəndini hazırladığını açıqlayan Rusiyada 2,269,316 yoluxma halının aşkarlanması bu ölkənin virusdan nahaq yerə əndişələnmədiyini göstərir. Üstəlik, 39,527 insanın pandemiyanın qurbanı olması da vəziyyətin ürəkaçan olmadığını əks etdirir.
Koronavirus infeksiyasına yoluxma halları İran (948,749), Cənubi Afrika (787,702), Ukrayna (732,625), Türkiyə (607,628), eləcə də Avropa ölkələrində kütləviliyi ilə seçilir. Təbii ki, bu və digər ölkələrdə COVID-19-a yoluxma hallarının sayı artdığı kimi, virusdan ölənlərin də sayı artaraq pandemiyanın hələ də dünya üçün təhlükə kəsb etdiyini göstərir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Bu ölkənin rəsmi orqanlarının açıqladığı rəqəmlərə görə, son sutkada COVID-19-a 80 yeni yoluxma aşkarlanıb. Ötən ilin dekabrından Çində 4 634 nəfər virusun qurbanı olub, 85 184 yoluxma qeydə alınıb. Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u pandemiya elan edib.
Avropada COVID-19 virusuna yoluxanların sayının sürətlə artması sərt karantin tədbirlərinin görülməsi ilə nəticlənib. Belə ki, Fransa hökuməti yeni addımların atılması üçün planlar hazırlayır. Bu ölkədə ərzaq mağazalarını çıxmaqla, bütün mağazalar bağlıdır. Maskadan istifadə ilə bağlı çox sərt tədbirlər həyata keçirilir. İkinci dəfə maskadan istifadə ilə bağlı əgər cərimə yazılarsa, bu, artıq üç min avroya qədər cərimə deməkdir.
İspaniya rəhbərliyi də virusun qarşısını almaq üçün demək olar ki, bütün kütləvi insan yığılan yerləri məhdudlaşdırıb. Bir çox obyektlər – bar, restoran, kafelər bağlanıb. Karantin rejiminə gəldikdə, sakinin yaşadığı regiondan çıxmasına məhdudiyyət tətbiq olunub. Axşam saat 10-dan sonra komendant saatı tətbiq ediblər.
Qardaş Türkiyədə də şəhərlərarası nəqliyyat və insanların hərəkəti məhdudlaşdırılıb, yalnız xüsusi, üzürlü səbəbi olan insanlar müvafiq orqanlar tərəfindən təsdiq edildikdən sonra, bir şəhərdən başqa şəhərə hərəkət edə bilirlər. Bütün ölkə miqyasında həftə sonları, istirahət günlərində komendant saatı tətbiq edilir. Yəni insanlar yalnız səhər saat 10-dan axşam saat 8-dək küçəyə çıxa bilərlər. Qalan saatlarda yalnız xüsusi icazəsi olan insanların çıxması mümkündür.
Oxşar xəbərlər
Koronavirusun ən çox yayıldığı TƏHLÜKƏLİ ölkələrin SİYAHISI
Dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 9 904 963-ə çatıb. BAKU.WS-in məlumatına görə, bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən...