“Koronavirus ən azı bir-iki il boyunca davam edəcək” - Hande Harmancı

“Koronavirus ən azı bir-iki il boyunca davam edəcək” - Hande Harmancı
Sosial 1458

“Koronavirus ən azı bir-iki il boyunca davam edəcək. Ümid edirik ki, bütün dünya üçün virusa qarşı vaksin qısa zamanda tapılacaq”.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.

H.Harmancının sözlərinə görə, COVID-19-a qarşı vaksinin tapılması ilə bağlı hələ çox ciddi sübutlar yoxdur:

“Bütün hallarda virus əleyhinə vaksin tapılsa belə, vaksinin bütün dünya ölkələrinə çatdırılması çox uzun müddət ala bilər. Bu səbəbdən gigiyena qaydalarına və insanlar arasında sosial məsafənin qorunmasına diqqət edilməlidir.

Bu qaydalara riayət olunacağı müddətdə, ÜST ölkələrdə ümumi qapanmalara ehtiyac olmayacağına ümid edir”.

Oxşar xəbərlər

Qonşu ölkələrdə COVID-19-a yoluxan və sağalanlar - CƏDVƏL

Qonşu ölkələrdə COVID-19-a yoluxan və sağalanlar - CƏDVƏL

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus pandemiyasına 150-dən çox ölkədə rast gəli...

10 Sosial 14:44 30 mart 2020

Son xəbərlər