Kənd sakinləri ACINACAQLI VƏZİYYƏTDƏ: "Xəstələrimiz yolda qalır, bəzən isə maşın gedə bilmədiyi üçün ölürlər"
Lənkəran rayonunun ucqar dağ kəndlərindən olan Diryan, Gəgiran, Köhnə Gəgir kəndlərinə gedən yollarda vəziyyət heç də ürəkaçan deyil.
Bu ərazilərə yağış, qar yağan kimi rayon mərkəzi ilə əlaqənin kəsildiyi bildirilir. Yollar palçıq və qar səbəbindən keçilməz hala düşür.
"Xahiş edirik ki, dövlət qurumları yolumuza diqqət yetirsin və asfalt çəkilsin. Uşaqlarımız rahat gedib-gəlsin. Bu yollarla hərəkət etmək çox çətindir, maşınlarımız tez-tez sıradan çıxır. Bir manat qazanırıqsa, 15 manat xərcləyirik. Xəstələrimiz yolda qalır, bəzən isə maşın gedə bilmədiyi üçün ölürlər", - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu cür kəndlərarası avtomobil yollarının yenidən qurulması investisiya proqramları çərçivəsində öz həllini tapır və həmin yolun yenidən qurulması üçün təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub: "Həmin təkliflərin qəbul olunub investisiya proqramına daxil edilməsi nəzərdə tutulur və daha sonra Lənkəran rayonunun Diryan, Jidi, Gəgiran, Köhnə Gəgir kəndlərinə gedən avtomobil yollarının tərəfimizdən əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub".
Oxşar xəbərlər
Bakı sakinlərinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah...
Sabah Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat B...