Karantin günlərində imtahanlar ləğv olundu - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə imtahanlar keçirilməyəcək.
BAKU.WS xəbər verir ki, bu, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.
Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sərt karantin günlərində muzey və sərgi zallarının fəaliyyəti; bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) dayandırılacaq.
Oxşar xəbərlər
Sərtləşdirilmiş xüsusi karantin rejiminin detalları bilindi - Bunlara riayət etmədən çölə çıxmayın
Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləş...