Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev oktyabrın 16-da saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında vətəndaş qəbulu keçirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Baş prokuror ayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Səbail rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Oxşar xəbərlər
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər
"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçıları Xocalı şəhərində olublar. BAKU.WS report-a istinadən xəbər verir ki...